03 mart 2023-cü il tarixdə Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar gənc fermerlərlə görüş keçirilmişdir. Prezident cənab İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.36-cı bəndinin tələblərinə əsasən keçirilən belə silsilə görüşlərin məqsədi sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması, ehtiyaclarının öyrənilməsidir. Görüşdə çıxış edən Dövlət Aqrar İnkişaf Mərkəzi dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə sahibkarlara ətraflı məlumatlar verib, onları həmin xidmətlərdən yararlanmağa çağırıb. Sonra sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb, sahibkarların fikirləri dinlənilib, sualları cavablandırılıb, müraciətləri qeydə alınıb, tövsiyələr verilib və məlumatlandırıcı bukletlər paylanıb.